Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Azərbaycana səfər edib.
Musavat.com xəbər verir ki, Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Liderlər Zirvə Toplantısında iştirak etmək, habelə bir sıra ikitərəfli görüşlər keçirmək məqsədilə Azərbaycana gəlib. Xəbər verildiyi kimi tədbir Xankəndi şəhərində keçiriləcək.
Prezident Tatarı Bakıda Azərbaycan rəsmiləri qarşılayıb. Daha sonra o, Azərbaycan Prezidenti İlham Əliyev və EİT baş katibi Asad Macid Xan tərəfindən dəvət edildiyi tədbirlər çərçivəsində iştirak edib. Ersin Tatar həmçinin Azərbaycan Texniki Universiteti tərəfindən ona təqdim ediləcək fəxri doktor diplomu mərasimində də iştirak edəcək.
İstanbul hava limanında çıxış edən Tatar bildirib ki, KKTC artıq beynəlxalq aləmdə mərhələli şəkildə qəbul olunmaqdadır. Onun sözlərinə görə, ölkəsinin 2012-ci ildən İƏT-də müşahidəçi statusunda olması böyük əhəmiyyət daşıyır. 2022-ci ildə Türk Dövlətləri Təşkilatına (TDT) da konstitusion adı ilə müşahidəçi üzv qəbul edilən KKTC, həm TDT, həm də İslam Əməkdaşlıq Təşkilatında ən yüksək səviyyədə təmsil olunur.
Ersin Tatar səfər çərçivəsində digər üzv ölkələrin nümayəndələri ilə də ikitərəfli görüşlər keçirəcək. O, KKTC-nin strateji mövqeyini vurğulayaraq deyib:
“Ölkəmizin tam təchizatlı və ildə 10 milyondan çox sərnişin qəbul edə biləcək yeni hava limanı və limanları var. Münhasır İqtisadi Zonamızla birlikdə, EİT çərçivəsində ticarətin inkişaf etdirilməsi və Orta Asiyadan Şərqi Aralıq dənizinə körpü qurmağa hazırıq”.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ