Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda azərbaycanlı iş adamı — “OOO Amurov Group” tikinti şirkətinin baş direktoru Mark Aleksandroviç Amurov saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata əsasən, 32 yaşlı biznesmen Parqolovo şəhərinin Voloqodskaya küçəsində yerləşən evində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən tutulub.
İstintaqın gedişində məlum olub ki, o, vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə yatırmağı təklif edib. Lakin yığılan vəsaitləri — ümumilikdə 46 milyon rubldan artıq məbləği mənimsədiyi iddia olunur.
Saxlanılma zamanı mənzilində axtarış aparılıb, nəticədə daşınmaz əmlakla bağlı sənədlər, mobil telefonlar, həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb.
Hazırda iş adamının şəxsiyyəti dəqiqləşdirilir, faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ