İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev prospektinin yan yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan saat 16:00-dək Bakının Heydər Əliyev prospektinin yan yolunda (şəhər istiqamətində SOCAR-ın inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR