İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS imtina etdi: “Son çarə sammiti” olmayacaq

Fələstinin HƏMAS hərəkatı İsraillə girovların dəyişdirilməsi və Qəzza zolağında atəşkəslə bağlı avqustun 15-nə planlaşdırılan danışıqlarda iştirak təklifini rədd edib.

Musavat.com xəbər verir ki, bu bsrədə Axios hərəkatın bəyanatına istinadən məlumat yayıb.

“HƏMAS bəyanatında avqustun 15-də girovlarla bağlı danışıqlarda iştirakdan imtina etdiyini bildirib”, - portal yazır.

Bu həftənin əvvəlində ABŞ, Qətər və Misir liderləri İsrail və HƏMAS-ı avqustun 15-də Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqları bərpa etməyə çağırıblar. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail nümayəndə heyəti danışıqlarda iştirak edəcək.

“İsrail Details” yazır ki, Həmas vasitəçilərdən iyul ayında razılaşdıqları təklifi təqdim etməyi və danışıqların yeni raunduna başlamazdan öncə İsraili bunu qəbul etməyə məcbur etməyi tələb edib.

Keçən həftə mənbələr İsrail və HƏMAS-ın vasitəçilər vasitəsilə bir sıra tələblər mübadiləsi apardığını bildirdilər. İsrail ilk mərhələdə azad edilməli olan 33 qaçırılanın siyahısını əvvəlcədən tələb edir.

İsrail mediası da yazır ki, İsrail bəzi məhbusların azad edilməsini tələb edir, HƏMAS isə kimin azad ediləcəyini məhdudiyyətsiz seçmək istəyir. Təşkilat həm də Qəzza sakinlərinin anklavın şimal hissəsinə qayıtmasına nəzarət və məhdudiyyətlərin əleyhinədir.

Bu günlərdə İsrail nümayəndə heyəti xaricə səfər edərək tələblərini onlara çatdırmaq üçün vasitəçilərlə gizli görüşlər keçirib. Təfərrüatlarla tanış olan mənbələr Filadelfiya oxu və Rəfah keçid məntəqəsi ilə bağlı mübahisədə irəliləyişə nail olunduğunu bildirir. Lakin digər məsələlərdə konsensus yoxdur. Danışıqlardan xəbərdar olan İsrail rəsmisi qarşıdan gələn görüşü “son çarə sammiti” adlandırıb və xəbərdarlıq edib: “Bibi və Sinvar təslim olmasa, heç bir razılaşma olmayacaq”.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR