İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimdən bu tərkibli çörəklərlə bağlı XƏBƏRDARLIQ: "Mədə xəstəlikləri..."

Son vaxtlar hazırlanan çörəklərin tərkibinə müxtəlif kimyəvi maddələr qatılır. Buna görə də, çörək orqanizmə mənfi təsir göstərir. İnsanların əksəriyyəti isə çörəkdən imtina etmək istəmir.

Bəs sağlamlığımızı qorumaq üçün çörəkdən imtina etməliyikmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Arzu Xəlilova bildirib ki, çörəyin tərkibinə qatılan kimyəvi maddələr insanlarda hormonal dəyişikliklərə səbəb olur.

Onun sözlərinə görə, çörək qanda şəkərin səviyyəsini yüksəldir: “Bir çox çörək növlərinin tərkibində qlisofat var. Qlisofat orqanizmdə müəyyən problemlər yaradan dərmandır. Bu maddə əsasən əkinçilikdə istifadə olunur və çörək vasitəsilə insan orqanizminə daxil olur. Bu da gələcəkdə mədə xəstəliklərinin yaranmasına səbəb olur. Çörəyə qlüten tərkibli qidalar da qarışdırılır. Qlüten insanların həzm edə bilmədiyi yeganə proteindir. Buğda, arpa və çovdar kimi taxıllı bitkilərdə rast gəlinir. Həzm problemləri olan insanlara bu tərkibli çörəklər ziyan edir”.

Arzu Xəlilova bildirib ki, insanların düşüncəsinə görə çörək faydalı qidadır. Lakin əslində bu belə deyil:

"Qlütensiz undan hazırlanan çörəkdən normasında istifadə etmək olar. Qarğıdalı və mərciməkdən hazırlanan çörəklər tövsiyə edilir”.

Həkim son olaraq əlavə edib ki, çörəyin tərkibinə qatılan un nə qədər kəpəkli, lifli olarsa, bir o qədər sağlamlıq üçün xeyirlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR