İnsanlara hürriyət, millətlərə istiqlal!

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadıldı

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprelin ortalarına kimi uzadılıb.

Bunu APA-nın sorğusuna cavab olaraq Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR