Onlayn ictimai-siyasi qəzet
Qarabağdan gedən ermənilər Ermənistan vətəndaşlığı almaq üçün dövlət rüsumundan azad olunacaqlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, bu şəxslərin vətəndaşlıq üçün müraciətləri ölkənin bütün bölgələrindəki bölmələrdə, İrəvanın Zakyan küçəsi 3 ünvanında yerləşən ofisdə, Xidmətin baş ofisində, həmçinin DİN-in mobil xidmət ofislərində qəbul olunur.
1 sentyabr 2025-ci ildən etibarən müvəqqəti müdafiə statusu əldə etmiş bu şəxslər Ermənistan Respublikasının “Dövlət rüsumu haqqında” qanununa 22 yanvar 2025-ci ildə edilən dəyişikliklərə əsasən ödənişdən tamamilə azaddırlar.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ