Onlayn ictimai-siyasi qəzet
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq mövqeyini qoruyur.
Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan–Rusiya hökumətlərarası komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 10 faizi Rusiyanın payına düşür:
“Azərbaycanda təqribən 1 800 şirkət Rusiya kapitalı ilə fəaliyyət göstərir və bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücünü göstərir”, – deyə Overçuk qeyd edib.
O, həmçinin qarşılıqlı investisiya layihələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ