İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Matviyenkonun oğlunun milyardlıq villası və ofşorlarını hədəfə alır

Avropa Parlamentinin vitse-prezidenti Pina Piçerno Avropa Komissiyasına müraciət edərək, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu Sergey Matviyenkoya qarşı sanksiya tətbiq olunmasını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir bu barədə Pina Piçerno sosial şəbəkələrdəki hesablarında yazıb.

O, müraciətində vurğulayıb ki, FBK və italyan jurnalistlərinin apardığı araşdırmalara baxmayaraq, Matviyenko hələ də İtaliyada yaşayır və Kremlə Avropada təsir imkanları qazandıran aktivləri idarə edir.
“ABŞ, Kanada və Yaponiya artıq onu sanksiya siyahısına salıb. Aİ də onların nümunəsini izləməlidir. Demokratiyanı müdafiə etmək o deməkdir ki, Putinin Ukraynaya qarşı təcavüzünü dəstəkləyən və bundan qazanc götürənlərə zərbə vurulsun”, — Piçerno sosial şəbəkə X-də yazıb.

PD Europa

Xatırladaq ki, üç il əvvəl FBK Matviyenko ailəsinin İtaliyanın Pezaro şəhərində yerləşən villasını üzə çıxarmış və onun dəyərini 1 milyard rubl olaraq qiymətləndirmişdi. Linkiesta qəzetinin məlumatına görə, Sergey Matviyenko və həyat yoldaşı Yuliya daimi olaraq Pezaroda yaşayırlar. Villa 2009-cu ildə Valentina Matviyenko tərəfindən alınıb və daha sonra Fondazione Dominanta adlı ofşora keçirilib.

Araşdırmalara əsasən, Matviyenko ailəsinin kapitalı üçün “xəzinə” rolunu San-Marino dövləti oynayıb – burada qanunvericilik çox yavaş dəyişir, bank sistemi isə kifayət qədər qapalıdır. Dünən isə San-Marino hakimiyyəti Matviyenko ailəsi ilə əlaqəli fondlarla bağlı yoxlamalara başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR