İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç kimə icazə verilməyən çəkilişi Namiq etdi - Video

Meyxanaçı Namiq Qaraçuxurlu yeni klipini təqdim edib.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, "Apardılar" adlı mahnının ekran həlli rejissor Bahdi Babaya həvalə edilib. Bəstənin müəllifi Qaraçuxurlu özüdür.

Ekran işində maraqlı məqamlardan biri isə odur ki, klip yaxtada Xəzər dənizində çəkilib. Belə ki, Namiq bu günə kimi Azərbaycanda heç bir sənətçinin bunu etmədiyini vurğulayıb.

O bildirib ki, bir çox həmkarı dənizdə klip çəkdirmək üçün müraciət etsə də, icazə verilməyib. Namiq bunun üçün Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov və Dövlət Sərhəd Xidmətinə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR