Onlayn ictimai-siyasi qəzet
Məşhur modelyer Vera Vanq 75 yaşı olmasına baxmayaraq bədən quruluşu ilə diqqət çəkir.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Vanq gənc qalmağın sirrinin uzun saatlarla işləmək olduğunu deyib.
Məlumata görə, məşhur modelyer Vera Vanq 1949-cu ildə Nyu-Yorkda çinli mühacir ailəsində anadan olub.
Məşhurlara xüsusi paltarlar və gəlinliklər hazırlayaraq şöhrət qazanan Vanqın 75 yaşı var, lakin heç kim onun bu yaşda olduğuna inanmır.
Vanqın sağlam qidalanma və idman sayəsində bu cür qaldığını deyənlər olsa da, o, hər gün fast food yediyini deyir.
Məşhur modelyer genetik cəhətdən də şanslı olduğunu bildirir.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ