İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhər yeməyini gec yemək təhlükəli imiş

Tədqiqatçılar qidalanma rejimi ilə erkən ölüm riski arasında əlaqə olduğunu aşkarlayıblar. Alimlərin qənaətinə görə, yaşlandıqca insanlar səhər və axşam yeməklərini daha gecə yeyir — nəticədə gün ərzində yemək üçün ayrılan vaxt pəncərəsi daralır və bu, sağlamlığa mənfi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, səhər yeməyinin daha gec yeyilməsi demək olar ki, həmişə fiziki və psixi xəstəliklərlə müşayiət olunur. Tədqiqatın aparıcı müəllifi isə bunu belə izah edib:

“Araşdırmamız göstərir ki, yaşlı insanların qidalanma rejimindəki dəyişikliklər, xüsusən səhər yeməyinin vaxtı onların ümumi sağlamlıq vəziyyətini izləmək üçün asan marker ola bilər.”

Alimlər bildirirlər ki, səhər və axşam yeməklərinin vaxtının erkənləşməsi ilə gün ərzində daha uzun “yemək pəncərəsi” əldə edilir ki, bu da orqanizmin metabolik ritminə müsbət təsir göstərir. Qidalanma rejiminin pozulması isə yuxu pozuntuları, enerji səviyyəsinin azalması və xroniki xəstəlik risklərinin artması ilə bağlı ola bilər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, səhər yeməyinin vaxtı sağlamlıq göstəricilərinin erkən xəbərçisi ola bilər və yaşlı insanlarda qidalanma rejiminə diqqət yetirmək klinik qiymətləndirmələrdə faydalı ola bilər. Onlar həmçinin daha genişmiqyaslı və uzunmüddətli tədqiqatların bu nəticələri təsdiqləməsinin vacib olduğunu vurğulayırlar.

Mütəxəssislər ümumi tövsiyə kimi-gündəlik rejimə əməl etməyi, mümkünsə səhər yeməyini günün erkən saatlarına salmağı və hər hansı dəyişiklik planlaşdırmadan əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR