İnsanlara hürriyət, millətlərə istiqlal!

Hande Erçel iş adamı sevgilisindən ayrılıb? - AÇIQLAMA

Məşhur aktrisa Hande Erçel və iş adamı Hakan Sabancının ayrıldığı ilə bağlı iddialar gündəmdədir.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, xüsusilə Hande Erçelin Barış Arduçla baş rolları paylaşdığı filmindəki sevişmə səhnəsi sosial mediada böyük səs-küyə səbəb olub.

Filmin Sevgililər Günündə - fevralın 14-də yayımlanması isə daha çox müzakirə doğurub. Bu tarix həm də Hakan Sabancının doğum günüdür və cütlük adətən həmin günü birlikdə qeyd edirdi.

Lakin Hakan Sabancı səhər saatlarından yalnız ailəsi ilə vaxt keçirdiyini əks etdirən paylaşımlar edib. Hande Erçelin isə uzun müddətdir onunla bir arada görünməməsi ayrılıq iddialarını daha da gücləndirib.

Gün ərzində cütlükdən heç bir açıqlama gəlməsə də, axşam saatlarında Hande Erçel İnstaqram hekayələrində sevgilisi ilə bağlı romantik paylaşım edərək onun doğum gününü və Sevgililər Gününü təbrik edib. Lakin Hakan Sabancı bu paylaşımları nə bəyənib, nə də hər hansı reaksiya verib.

Mövzu ilə bağlı ilk rəsmi açıqlama Gel Konuşalım verilişində gəlib. Hakan Sabancı ayrılıq xəbərlərini təkzib edərək "Xəbərlər saxtadır, biz hələ də bir yerdəyik" deyib. Lakin jurnalist Ece Erkenin "Bəs niyə paylaşımları görməzdən gəlirsən?" sualına Sabancının gülərək "Çox çalışırsan" deməsi diqqət çəkib.

İddialar davam etsə də, cütlükdən rəsmi şəkildə ayrılıq xəbəri gəlməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR