Onlayn ictimai-siyasi qəzet
Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) məhkəməyə gəlməyib. Hakim məhkəməni təxirə salıb.
Musavat.com xəbər verir ki, Şərurlu İsfəndiyardan şikayət edən hazırda həbsdə olan iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur. Onun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Şərurlu İsfəndiyar müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı. Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov Şərurlu İsfəndiyarı məhkəməyə verib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Məhkəmə iclası bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılmalı idi.
Emil Səməndərovun vəkili Asim Abbasov Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, məhkəmə iclası baş tutmayıb. Buna səbəb Şərurlu İsfəndiyarın məhkəməyə gəlməməsi olub.
Vəkil Asim Abbasov vəsatət verərərk Şərurlu İsfəndiyarın məhkəməyə gəlməsinin təmin edilməsini istəyib. Şərurlu İsfəndiyarın növbəti prosesə gəlməsini təmin etmək üçün məhkəmə aprelin 17-nə təxirə salınıb.
İ.Muradov,
Musavat.com
Vəkil Asim Abbasov
İş adamı Emil Səməndərov
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ