Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən xalqın yaxın qonşu marketlər şəbəkəsi olan “OBA Market” MMC İnsan Resursları sahəsində müasir yanaşmanı gücləndirərək SAP HR moduluna uğurlu keçidini elan edir. Bu addım, şirkətin qlobal biznes praktikasına uyğunlaşdırılmış idarəetmə sistemlərinə inteqrasiya etməsi və davamlı rəqəmsal transformasiya strategiyasının bir hissəsidir.
SAP HR modulu dünyanın aparıcı şirkətləri tərəfindən tətbiq olunan, beynəlxalq miqyasda etibarlı və effektiv hesab edilən insan resursları idarəetmə həllərindən biridir. “OBA Market” MMC-də bu sistemin tətbiqi HR proseslərinin daha çevik, şəffaf və ölçülə bilən şəkildə idarəolunmasını təmin etməklə yanaşı, korporativ idarəetmədə beynəlxalq standartlara uyğun yeni mərhələ açır.
SAP HR modulunun üstünlükləri:
Effektivlik və avtomatizasiya – İşə qəbul, transfer, icazə və əməkdaş məlumatlarının idarə olunması tam avtomatlaşdırılır.
Şəffaflıq və izlənəbilənlik – HR əməliyyatlarının statusları real vaxtda izlənilir.
Verilənlərə əsaslanan qərarvermə – Analitik alətlər strateji HR qərarlarının daha əsaslı və dəqiq verilməsinə imkan yaradır.
Əməkdaş təcrübəsinin gücləndirilməsi – İşçilər öz məlumatlarına self-service imkanları ilə rahat çıxış əldə edir.
İnteqrasiya və beynəlxalq uyğunluq – SAP modulu şirkətin digər sistemləri ilə sinxron işləyir və beynəlxalq idarəetmə standartlarına cavab verir.
“OBA Market” MMC-nin İnsan Resursları komandası bildirir ki, bu sistemə keçid yalnız HR strukturunda deyil, bütün təşkilat daxilində idarəetmə səmərəliliyini artıracaq və şirkətin uzunmüddətli rəqəmsal inkişaf yolunda strateji dönüş nöqtəsi olacaq.
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ