İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı İbrahimin Nehrəmlinin məhkum qardaşı 1 milyondan çox vergi borcunu ödəyib

İş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov vergiyə olan borcunun böyük hissəsini ödəyib.

Musavat.com xəbər verir ki, hazırda həbsdə olan Sahib İbrahimov rəhbəri olduğu “Galaxy Palace” MMC-nin vergiyə olan 1.5 milyona yaxın borcunun əsas hissəsini ödəyib.

Sahib İbrahimov bir neçə ay əvvəlki məhkəmə iclasında Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi 8+ mansard tipli binadan satılan mənzillərə görə yaranan 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manatını ödədiyini söyləmişdi.

Dövlət Vergi Xidmətinin rəsmi saytında yer alan məlumatdan məlum olur ki, hazırda Sahib İbrahimovun rəhbəri olduğu MMC-nin vergiyə 270 584 manat borcu qalır.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR