Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) üzvləri Valentina Matvienkonu yenidən sədr seçiblər.
Musavat.com xəbər verir ki, qərar çərşənbə günü Federasiya Şurasının payız sessiyasının ilk iclasında səsvermə yolu ilə qəbul edilib.
Ukrayna əsilli Matvienko 2011-ci ildən Sankt-Peterburqdan senator və Federasiya Şurasının sədridir. O, vaxtilə Sankt-Paterburq şəhərinin qubernatoru da olub. Matvienkonun üçüncü səlahiyyət müddəti 2024-cü ilin sentyabrında başa çatıb. Regional seçkilərdən sonra Sankt-Peterburqun qubernatoru seçilmiş Aleksandr Beqlov yenidən Valentina Matvienkonu Federasiya Şurasına təyin edib.
Yaşına görə ən yaşlı senator Yuri Vorobyov Matvienkonun palatanın sədri seçilməsinə səs vermək təklifi ilə çıxış edib. İclasda başqa namizədlər irəli sürülməyib. Beləliklə, Valentina Matvienkonun namizədliyi 155 senator tərəfindən yekdilliklə qəbul edilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ