Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan parlamenti - Joqorku Keneşin bugünkü iclasısnda deputatlar ölkənin birinci prezident Əsgər Akayevin eks-prezident statusu almaq xahişini rədd etmək qərarına gəliblər.
Musavat.com 24.kg-a istinadla xəbər verir ki, deputatlar bu qərara gəldikdən sonra spiker Nurlanbek Şakiyev bu məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, Qırğızıstanın 34 illik müstəqilliyi ərzində ölkədə yaxşıdan çox pis hadisələr olub və bunda, o cümlədən Aksı hadisələrində birinci prezident kimi Əsgər Akayev böyük ölçüdə günahkardır.
“Mən Aksı rayonundan seçilmiş deputat kimi demək istəyirəm ki, həmvətənlərim bu məsələ ilə bağlı qərarımızı çox diqqətlə və səbirsizliklə gözləyirdilər. Bunun nə qədər düzgün olduğunu tarix göstərəcək, xalq öz qiymətini verəcək, amma mən qərarın düzgün olduğuna inanıram”, - deyə Şakiyev bildirib.
Spiker belə bir qərara görə deputatlara təşəkkür edib.
Xatırladaq ki, xalq üsyanı nəticəsində vəzifəsindən kənarlaşmağa məcbur olan Əsgər Akayev eks-prezident statusunun qaytarılmasını istəyirdi. O, bu barədə Joqorku Keneşə məktub göndərib parlamentin bir sıra komitəslərinin üzvləri deputatlara xahişi təmin etməməyi
Əsgər Akayev ölkəyə 1990-2005-ci illərdə rəhbərlik edib. 2005-ci il martın 24-də avtoritar və korrupsioner hakimiyyətə qarşı “Lalə inqilabı” adlanan inqilab baş verib və Akayev devrilib. Bundan sonra o, Qırğızıstanı tərk edib və o vaxtdan Rusiyada yaşayır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ