İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda maska taxmaq QADAĞAN EDİLDİ

Gürcüstan prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

Sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska ​​və ya digər vasitələrlə gizlətmək” qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

Qanun dərc edildikdən sonra qüvvəyə minib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR