Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik”
“Report” xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.
“Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ