Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ölkənin Konstitusiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının konstitusiyaya zidd elan olunmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Parlamentin spikeri Şalva Papuaşvili brifinqdə məlumat verib.
“Biz Konstitusiya Məhkəməsinə müraciət edərək müəyyən partiyaların konstitusiyaya zidd elan edilməsini və fəaliyyətlərinin qadağan olunmasını istəyirik”, - Papuaşvili bildirib.
Qeyd olunur ki, iddia parlamentin istintaq komissiyasının hazırladığı hesabat əsasında irəli sürülüb.
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ