İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamentindən Saakaşvili ilə bağlı TƏCİLİ AÇIQLAMA

Gürcüstanın məhkum olunmuş sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynaya köçürülməsi mümkün deyil.

Musavat.com "REN TV" istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski jurnalistlərlə söhbətində deyib.

O, Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Tiflisi Rusiya ilə hava nəqliyyatını dayandırmağa və Saakaşvilini həbsdən azad etməyə çağıran sözlərini "cəfəngiyyat" adlandırıb.

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan qayıtdıqdan sonra Gürcüstan hökuməti tərəfindən saxlanılıb. Həbsxanada keçirdiyi ilk il ərzində sabiq prezident 30 kq arıqlayıb və həkimlər ona 17 diaqnoz qoyub. Qohumları və müdafiə tərəfləri dəfələrlə Saakaşvilinin səhhətinin ağır olduğunu bildirib və onun müalicə üçün xaricə aparılmasına icazə istəsələr də, həmişə rədd cavabı alıblar.

Qeyd edək ki, Qərb Saakaşvilini azad etmək üçün Gürcüstan hökumətinə təzyiq göstərməyə çalışsa da, buna nail ola bilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR