İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Aİ-yə daxil olmaq üçün bu addımı atdı

Gürcüstan yeni konstitusiya dəyişikliklərini qəbul etməklə Avropa İttifaqına (Aİ) namizəd olmaq tələblərini yerinə yetirməyə başlayıb.

Parlament ölkənin əsas qanununa Avropa Komissiyasının təqdim etdiyi qaydalara uyğun olaraq baş prokurorun seçilməsini nəzərdə tutan düzəlişləri qəbul edib.

Qanunverici orqan 150 deputatın beşdə üçü ilə baş prokurorun altı il müddətinə təyin olunmasını dəstəkləyib. Deputatlar növbəti iki dəfə prokuroru seçə bilməsələr, o, 76 səslə bir il müddətinə təyin ediləcək.

“126 lehinə, sıfır əleyhinə. Qanun layihəsi qəbul edilib”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurub.

Qeyd edək ki, iyun ayında Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ sammitində Ukrayna və Moldova üçün Aİ üzvlüyünə namizəd statusunu təsdiqləyib. Gürcüstan da oxşar ərizə verib, lakin sammitdən razılıq ala bilməyib. Öz növbəsində Aİ Gürcüstana bir sıra şərtləri yerinə yetirməyi tövsiyə edib. (oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR