Onlayn ictimai-siyasi qəzet
Bu şəkilləri erməni fəallar çəkib yayıblar.
Görüntülərdə Rusiyanın Xankəndiyə göndərdiyi humanitar yardımların bir hissəsidir. Bu şəkillərdə yorğan, adyal kimi isti məişət əşyaları əks olunub. İntəhası, onlar yemək şəkilləri ilə üzlənib. Məsələn, yorğan və adyalların üstündən adama kəsilmiş qarpız, yaxşı bişmiş pitsa, lavaş, makaron baxır.
Ermənilər bu cür yardıma görə hiddətləniblər və bunu sarkazm, sataşma kimi qəbul edirlər.
Gerçəkdən də, ermənilər deyil, başqalarıdır, 9 aydan bəri dünyaya “aclıq çəkdiyi”ni, “blokada” olduğunu car çəkən adamlara lavaş, pitsa, qarpız şəkilləri ilə üzlənmiş yorğan, adyal göndərərlərmi?
İndi ermənilər bu, baxanda iştah açan “lavaş”ları, “pitsa”ları yeyəcəklər, yoxsa üstlərinə örtəcəklər?
Ha yana döndərsələr də, bu, sataşmaqdır, insanlarla məzələnməkdir. Bu, həm də o deməkdir ki, ruslar ermənilərin Xankəndi şəhərində və ətraf rayonlarda aclıq çəkdiyinə inanmırlar.
Burada bir az inciklikdən doğan qisasçılıq da var. Ermənilərin son vaxtlar Qərbə meyllənməsinə ruslar bu cür cavab verirlər.
Bununla belə, heç inandırıcı deyil ki, Rusiyanın TIR-larla göndərdiyi tonlarla yardımın hamısı bu cür “lavaş”lardan, “qarpız”lardan ibarətdir. Yəqin ki, ermənilərə kifayət qədər ərzaq (un, şəkər, yağ, düyü-filan) da göndərilib.
Ancaq onlar bunu, çörək yardımını çəkib yaymazlar. Çünki çörək itirəndirlər, nankordurlar. İndən belə ruslar beş barmaqlarının beşini də bal edib ermənilərin ağzına versə də, deyəcəklər, tfuu, zəhər-zəhrimardır. Necə ki hazırda paylaşdıqları statuslardan "Belə yardım təpənizə dəysin" fikri tökülür.
P.S. Yorğanların bir hissəsinin üzlüyündə mərmi, güllə, dron, “Kalaşnikov” şəkli olsa, daha mənalı və ibrətli olardı.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ