İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney azərbaycanlılar konsulluğumuzun önünə gül dəstəsi qoyublar - FOTO

Güney azərbaycanlılar Tehrandakı səfirliyimizə edilən hücumla əlaqədar başsağlığı vermək üçün respublikamızın Təbrizdəki Konsulluğunun önünə gül dəstəsi qoyublar.

Musavat.com-un xəbərinə görə, bu barədə “Azad İran” teleqram kanalı məlumat verir.

Məlumatda deyilir: “Güney azərbaycanlılar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləmək və başsağlığı vermək üçün Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğuna gül dəstəsi qoyublar”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR