İnsanlara hürriyət, millətlərə istiqlal!

"Google" bu klipə görə 3 milyon cərimələndi


Taqanski rayonunun Ümumdünya Məhkəməsi "Google" şirkətini 3 milyon rubl cərimə edib.

Musavat.com xəbər verir ki, "İnterfaks" agentliyinin yaydığı məlumata görə buna səbəb şirkətin Morgenstern və Yunq Trappanın "Rose Wine 2" adlı videoklipini “YouTube” platformasından silməkdən imtina etməsi olub. 

Məlumatda bildirilir ki, “Rose Wine 2” mahnısına çəkilən klipdə əvvəllər narkotik təbliğatı aşkar edilib ki, bu da inzibati xətadır.

Qeyd edək ki, bundan əvvəl adı çəkilən reperlər özləri klipi rəsmi "YouTube" səhifələrindən yığışdırıblar.  Bu da onu göstərir ki, "Google" "Rosé Wine 2" klipinin digər nüsxələrinə görə cəzalandırılıb.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR