İnsanlara hürriyət, millətlərə istiqlal!

General Mirzə Mirzəyevin həbs müddəti bitdi - İşdə daha bir azərbaycanlı da var

Moskvada Rusiya Qvardiyasının (Rosqvardiya) Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyevin həbs müddəti bitib.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir. Yada salaq ki, general-mayorun həbs müddəti yanvarın 2-də başa çatıb. Amma gözlənilir ki, o, ən azı daha 3 ay təcridxanada qalacaq.

Yada salaq ki, 52 yaşlı Mirzə Mirzəyev Rosqvardiyanın cənub regional komandanının müavini olub. O, tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.

Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Məlum olub ki, həmin vaxt generalın pulunun bir hissəsi iri ayaqqabı istehsalı şirkəti “Demis”in faktiki sahibi Mahir Səfərov vasitəsilə “yuyulub”. Qeyd edək ki, onun barəsində də həbs-qətimkan tədbiri seçilib. “Kommersant” yazırdı ki, Gürcüstan əsilli 53 yaşlı Mahir Səfərov Rusiya və Türkiyədə böyük ayaqqabı istehsalçısıdır. Hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində əsas “Pegas-Eko” MMC-nin baş direktoru Erkin Zahidovun ifadəsi olub. Erkin Zahidov cinayət barədə könüllü məlumat vermiş şəxs kimi cinayət işində şahid statusunda qalıb.

Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Gürcüstanda anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

2015-ci ildə hakim "Vahid Rusiya" partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb. Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib. Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.

M.Mirzəyevin qızlarından başqa Teymur adlı oğlu da var. Oğlanın 27 yaşı var, diş həkimidir. Sosial şəbəkələrə baxanda gənc həkimin öz kabineti və görünür ki, yaxşı reputasiya var. Oğlan gözəl həyatı və yaxşı avtomobilləri sevir - o, Infiniti markasına üstünlük verir.
Hərbçi ailəsi vilayət paytaxtı Stavropolda qeydiyyatdadır. Burada, şəhərin tam mərkəzində 120 kvadratmetrdən çox sahəsi olan mənzil var. Onun hazırkı bazar dəyəri indi 25 milyon rubla çata bilər.

General son aylar Moskvanın 4 saylı “Ayı” istintaq təcridxanasında saxlanılır. Son vaxtlar bu istintaq təcridxanasında Müdafiə Nazirliyi və Milli Qvardiyanın strukturlarında korrupsiya cinayətlərində ittiham olunan şəxslər saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR