Onlayn ictimai-siyasi qəzet
Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya və Çin tərəfindən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının uzadılmasına dair təklif olunan qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə sentyabrda sədrlik edən Koreya Respublikasının BMT-dəki daimi nümayəndəliyi açıqlayıb.
Qeyd edək ki, 2231 saylı qətnamə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının və sazişin dəstəklənməsi üçün qəbul edilib və Tehrana qarşı BMT sanksiyalarına fasilə verilməsini nəzərdə tutur.
Bildirilir ki, Təhlükəsizlik Şurası nüvə silahlarının yayılmaması gündəliyi ilə bağlı iclas keçirəcək və orada BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin uzadılmasına dair Rusiya və Çin tərəfindən təklif olunan qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Xatırladaq ki, Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya qətnamənin müddətinin uzadılmaması, İrana qarşı sanksiyaların bərpa olunması təklifi ilə çıxış ediblər.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ