İnsanlara hürriyət, millətlərə istiqlal!

General Balasanyanı evə buraxdılar

Qarabağdakı qondarma rejimin oyuncaq “məhkəməsi” “təhlükəsizlik şurası”nın keçmiş katibi, general Vitali Balasanyanın həbsi ilə bağlı vəsatəti rədd edib.

Musavat.com-un xəbərinə görə, bu barədə onun vəkili Rafael Martirosyan Ermənistan mediasına açıqlamasında deyib.

Martirosyan bildirib ki, Balasanyan evə buraxılıb və hazırda xəstəxanada müalicəsini davam etdirir.

Xatırladaq ki, iyulun 14-də Vitali Balasanyan və oğlu kredit dələduzluğunda günahlandırılaraq saxlanmışdı. Saxlanılan zaman döyülən erməni generalın səhhətində problemlər yaranmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR