Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyasının bəzi rəsmiləri prezident Donald Trampın icazəsi ilə Yaxın Şərq ölkələrinə satılacaq böyük həcmdə yüksək texnologiyalı çiplərin bir hissəsinin Çinə ehtiyat edirlər.
Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" yayıb.
Agentliyin məlumatına görə, Amerika administrasiyasının Çinə düşmən münasibət bəsləyən bəzi nümayəndələri hesab edirlər ki, Pekinin Yaxın Şərq ölkələri ilə güclü əlaqələri nəzərə alınmaqla, çiplərin bir hissəsi onlar tərəfindən Çinə satıla bilər.
"Bloomberg" qeyd edir ki, ABŞ-ın Səudiyyə Ərəbistanı və BƏƏ ilə bağladığı müqavilələr Çinə çip satışına qadağa nəzərdə tutur, lakin agentlik hələlik kağıza salınmayan kifayət qədər detalların olduğunu qeyd edir. Vaşinqton ən azı Yaxın Şərqə çip tədarükü sürətini azaltmaq imkanını nəzərdən keçirir.
Bundan əlavə, Amerika administrasiyasının nümayəndələri, ümumilikdə, süni intellektin istifadəsi ilə bağlı texnologiyalar sahəsində istifadə edilən çoxlu sayda çiplərin xaricə ötürülməsini milli təhlükəsizliyə təhdid kimi qiymətləndirirlər. Öz növbəsində, Amerika prosessorlarının ixracının tərəfdarları qeyd edirlər ki, əgər Vaşinqton ölkələri ABŞ-dan çiplər almağa sövq etməsə, o zaman bazarı Çin prosessorları tutacaq.
Qeyd edək ki, Tramp Nvidia-dan BƏƏ-yə 1 milyondan çox yüksək texnologiyalı çipin tədarükünə icazə vermək niyyətindədir. Onlardan bəziləri BƏƏ-nin aparıcı süni intellekt şirkəti olan G42-yə tədarük oluna bilər.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ