İnsanlara hürriyət, millətlərə istiqlal!

Barselonada DƏHŞƏT! Azarkeşlərin üstünə maşın sürdü – 10-dan çox yaralı var - ANBAAN VİDEO

Kataloniya derbisi faciəyə çevrildi. “Espanyol” və “Barselona” futbol klubları arasında keçiriləcək oyundan öncə Barselona küçələrində yaşanan insident şəhərdə şok effekti yaradıb.

Musavat.com xəbər verir ki, yüzlərlə azarkeşin toplaşdığı mərkəzi küçələrdən birində ağ rəngli avtomobil kütlənin içərisinə daxil olaraq birbaşa azarkeşlərin üstünə sürüb. Şahidlərin sözlərinə görə, maşın ilk olaraq bir gənc qıza çırpılıb. Hadisənin görüntüləri də yayılıb. Onu xəbərə əlavə edirik.

Azarkeşlər qəzəbdən avtomobili parçalamağa cəhd etsələr də, sürücü maşını saxlamaq əvəzinə hərəkətə davam edib və digər azarkeşlərin də üstünə sürüb. Gərginlik bir neçə dəqiqə ərzində tam xaosa çevrilib.

Hadisə nəticəsində ən azı 10 nəfər xəsarət alıb, vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdirilib. OkDiario nəşrinin verdiyi məlumata görə, hadisə yerində təcili tibbi yardım və polis qüvvələri dərhal müdaxilə edib. Lakin sürücünün kimliyi və motivləri hələlik açıqlanmayıb.

İspan mediasında yayılan ilkin versiyalara görə, hadisənin təsadüfi deyil, məqsədli şəkildə törədilməsi ehtimalı da istisna edilmir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR