Onlayn ictimai-siyasi qəzet
NASA alimləri radar sisteminin sınaq buraxılışı zamanı Qrenlandiya buzlaqları altında yerləşən, uzun illər əvvəl tərk edilmiş Camp Century adlı ABŞ hərbi bazasını aşkar ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" yayıb.
Jurnalın məlumatına görə, Camp Century soyuq müharibə dövründə bir neçə il fəaliyyət göstərib və 1967-ci ildə bağlanıb. O vaxtdan bəri baza qar və buzla örtülüb, indi isə təxminən 30 metr dərinlikdə yerləşir.
Tarixi məlumatlara əsasən, baza nüvə reaktorla işləyib və Pentaqonun “Iceworm” adlı gizli layihəsi çərçivəsində qurulub. Layihənin məqsədi nüvə raketlərinin yerləşdirilməsi üçün tunellər şəbəkəsi yaratmaq olub. Bu bazada təxminən 600 nüvə başlığının yerləşdirilməsi planlaşdırılıb.
Toğrul İSMAYIL,
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ