Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının icrası müxtəlif şərtlərə bağlıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka “Politico” qəzetinin təşkil etdiyi təhlükəsizlik forumunda Trampın Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə mayın 14-də Ər-Riyadda baş tutan görüşünü şərh edərkən deyib.
O, Suriya prezidentinə bu barədə deyildiyini bildirib: "O (Tramp – red.) indi bu adama, əl-Culaniyə (əş-Şaraanın keçmiş ləqəbi Əbu Məhəmməd əl-Culani – red.) dedi: "Sənin Suriyanı sabitləşdirmək şansın var".
Ancaq bu, qeyd-şərtsiz deyil: azlıqlar, xüsusən də druzlar, xristianlar, kürdlər Dəməşqdə hökumətin bir hissəsi olmalıdır. Bu, bir fürsətdir. Bu, Suriyanı sabitləşdirmək üçün bir pəncərədir. Biz əl-Culaninin nə edə biləcəyini görəcəyik. Gəlin görək indiki dövlət başçısı səlahiyyətlərini icra edən şəxs vədlərini yerinə yetirə biləcəkmi? Bizim ciddi suallarımız var".
Qorka məsələn, “minlərlə yaraqlının”, o cümlədən əcnəbilərin “Suriyanın hər yerində təcridxanalarda saxlanılması” problemini nəzərdə tutduğunu deyib: "Onların aqibəti necə olacaq? Vətənlərinə qaytarılacaqlarmı?".
Ondan Trampın bütün bu tələbləri birbaşa Əl-Şaraaya deyib-demədəyinə aydınlıq gətirməsi istənilib: "İnanın mənə, bağlı qapılar arxasında biz bu qeyd-şərtləri çox açıq şəkildə bildirmişik".
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ