İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision 2025”də ikinci yarımfinalın qalibləri açıqlandı – Ermənistan... - FOTO

Mayın 16-da “Eurovision 2025” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Bu mərhələdə 16 ölkənin təmsilçiləri öz çıxışlarını təqdim ediblər. Gərgin mübarizədən sonra finala vəsiqə qazanan 10 ölkənin adı açıqlanıb.

Musavat.com xəbər verir ki, ikinci yarımfinalda Avstraliya, Çernoqoriya, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Danimarka, Çexiya, Lüksemburq, İsrail, Serbiya və Finlandiya iştirak edirdi.

Finala vəsiqə qazanan 10 ölkə bunlardır:

• Litva
• İsrail
• Ermənistan
• Danimarka
• Avstriya
• Lüksemburq
• Finlandiya
• Latviya
• Malta
• Yunanıstan

Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya müsabiqənin daimi maliyyə sponsorları olduqları üçün birbaşa final mərhələsinə keçiblər və ikinci yarımfinalda da səhnə alıblar.

Xatırladaq ki, birinci yarımfinal mərhələsi 13 may tarixində baş tutmuşdu. Həmin mərhələdə isə aşağıdakı ölkələr finala vəsiqə qazanmışdı:

Ukrayna, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya və Portuqaliya.

Ukraynanı builki müsabiqədə Ziferblat qrupu təmsil edir. Onlar “Bird of Pray” adlı mahnı ilə çıxış ediblər və emosional performansları ilə seçiliblər.

“Eurovision 2025” müsabiqəsinin böyük finalı yaxın günlərdə keçiriləcək və qalibin adı elan olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR