Onlayn ictimai-siyasi qəzet
Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanması cümə gününə planlaşdırılıb.
Musavat.com xəbər verir ki, “Ukrayinska Pravda” nəşrinin məlumatına görə, tərəflər arasında ilk görüş 16 may, cümə günü İstanbulda keçiriləcək. 15 may, cümə axşamı üçün isə hər hansı görüş nəzərdə tutulmayıb.
Bundan əlavə, İstanbulda ABŞ dövlət katibi Marko Rubio və prezident Co Baydenin xüsusi nümayəndəsi Stiv Uitkoffun da iştirakı gözlənilir.
Əvvəllər Reuters agentliyi 16 mayda Türkiyədə bir neçə mümkün formatda görüşlərin keçiriləcəyini yazmışdı. Agentliyə danışan Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirmişdi ki, ABŞ–Ukrayna–Türkiyə və Rusiya–Ukrayna–Türkiyə formatlarında üçtərəfli görüşlər gündəlikdədir.
Bununla belə, mənbə ABŞ, Rusiya, Ukrayna və Türkiyənin daxil olduğu dördtərəfli formatın baş tutub-tutmayacağının hələ bəlli olmadığını da əlavə edib.
Toğrul İSMAYIL,
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ