İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Noyabr 25-də gündüz saatlarında Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər mhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq Gəncə ŞBPİ-nin istintaq və təhqiqat idarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR