Onlayn ictimai-siyasi qəzet
İstanbulda yaşadığı şiddətə görə bir il əvvəl ərindən ayrılan 35 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.
Musavat.com xəbər verir ki, Songül Kayaya küçənin ortasında keçmiş ərinin ailəsi dəyənəklə hücum edib.
Hücum anları bir vətəndaş tərəfindən mobil telefonu ilə saniyə-saniyə lentə alınıb.
Hələ də təhdidlər aldığını bildirən Songül Kaya keçmiş ərinin ona “yaşamayacaqsan” dediyini bildirib. S.Kaya övladları üçün dövlətdən kömək gözlədiyini bildirib.
Sözügedən dəhşətli hadisənin görüntülərini təqdim edirik:
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ