İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənc övladlarımız vəhşi ermənilərin murdar caynaqlarından xilas edilməlidir”-  Akif Nağı


“Əsgərlərimizin yolu azaraq düşmən tərəfinə keçməsi ciddi şəkildə araşdırılmalı, məsul zabitlər, hərbi hissə komandiri sərt şəkildə cəzalandırılmalıdır. Əsgərlərimiz niyə bu cür ağır vəziyyətə düşməlidir? Buna məsuliyyət daşıyan şəxslər cavab verməlidirlər”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bunu aprelin 5-də yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan, barəsində qondarma cinayət işi qaldırılan hərbçilərimizlə bağlı Musavat.com-a açıqlamasında söyləyib.

 A.Nağı əlavə edib ki, tədbirlərin görülməsi həm də belə hadisələrin təkrar olunmaması üçün vacibdir. “Düşmənin mövqeyi, məkrli niyyətləri, xisləti bəllidir. Çalışıb düşmənə bu cür fürsətləri verməməliyik”-partiya rəhbəri bildirib.

A.Nağının sözlərinə görə, məsələyə iki mövqedən yanaşılmalıdır: “Əvvəla, bu gənc övladlarımız nəyin bahasına olursa - olsun, tezliklə vəhşi ermənilərin murdar caynaqlarından xilas edilməlidir! Bunun üçün bütün resurslarımız, beynəlxalq hüququn tələbləri işə salınmalıdır. Əgər bu tədbirlər nəticə verməsə, digər metodlardan istifadə olunmalıdır”. Partiya sədri hesab edir ki, məsələn, günahı olmayan əsgərlərimizə qarşı cinayətlərin qarşılığında Bakıda saxlanılan terrorçu ermənilər üzərində məhkəmə-istintaqını təzələmək mümkündür: “Bizdə əsirlikdə olan erməni terrorçularına yeni iş açmaq, ya da təzə erməni diversantını tutub, gətirib, mühakimə etməliyik. Bu məqam üçün “pazı pazla çıxartmaq” prinsipi işə düşməlidir. Əgər ermənilər özlərini arsız yerinə qoyurlarsa, ağıllarına gələni edirlərsə, beynəlxalq birlik də susursa, bizim başqa yolumuz qalmır. Avropa İnsan Haqları Məhkəməsinə inam yoxdur, vaxtı uzadıb, formal bir qərar qəbul edəcəklər. Beynəlxalq Qırmızı Xaç Komitəsi bizi görəndə “əjdaha”ya dönür, ermənilərin qabağında isə məzlum günə düşür, onlara söz deməyə çəkinir. BQXK regionda haqq-ədaləti deyil, xristianlığı müdafiə edir. Onlar üçün vacib olan erməni təəsübkeşliyidir. Çəngəllik qanunları ilə yaşayan vəhşi, kütbeyin ermənilərlə başqa dildə danışmaq mümkün deyil”.

Azərbaycan hərbçilərinə qarşı Ermənistanda ağır maddələrlə cinayət işi qaldırılmasına gəldikdə, A.Nağı dedi ki, bu, gözlənilən idi, elə ilk günlərdən hazırlıq işlərinə başlamışdılar: “Bir daha aydın olur ki, alternativ məhkəmə proseslərinə başlamalıyıq”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR