İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecikmədən, tez...

 

 

 

Hələ işğal vaxtı özümüzə təskinlik verirdik ki, bəs, dünya tökülüb bizə azad olunmuş ərazilərin bərpasında kömək edəcək, indi baxırıq ki, üç-dörd dost ölkədən başqa, bu işə görə qolunu çırmalayan yoxdur... 

 

Xocalıda ilk və sonuncu dəfə 1987-ci ilin yazında olmuşam. Xocalının yanından isə illərlə ötüb Ağdama, ya da Bakıya getmişəm. Xocalı 1987-ci ilədək elə o qısa səfərlə yadımda qalmışdı. Ta 1992-cı ilin 26 fevralınadək...

Xocalı Şuşaya  Xankəndindən həmişə “bir köynək” yaxın olub. Xocalının çox bərəkətli torpağı var, camaatı da zəhmətkeş adamlar olub, yaz-payız əkib-becəriblər. Şübhəsiz, Şuşa Qarabağın tacıdırsa, Xocalı ürəyimizdəki həmişəlik sağalmaz yaradır. Xocalı bitməyən ağrıdır, onu heç bir qələbə nə unudar, nə hadisənin üzərindən keçən illər yaramızı sağaldar, nə acımız keçər... Bu günlərdə Xocalıda  kütləvi məzarlıq tapıldı.  Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bu günədək məlum deyil: Azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətin görün, hələ nə qədər gizli qalan sirləri var... Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olmasıdır. Bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Sivil dünyanın bağrına basdığı millətin vəhşiliklərinə baxın... 

159333a11253f1a8fe06086a38326769.jpg (106 KB) 

Minalarda eyni hərbi cinayətlər kateqoriyasına aiddir. Basdırdıqları minaların xəritəsinin olması haqda deyilənlər nağıldır. Mina xəritəsi hazırlayıb hansısa gün üçün saxlamağı, hətta guya nə vaxtsa, Azərbaycana verəcəyini ermənilər heç vaxt ağıllarının ucundan belə keçirməyiblər. O səbəbdən kimsə bizə xəritə verən deyil, Azərbaycan mümkün qədər tez bu problemi özü həll etməlidir.

Xocalıda məskunlaşma başlamayıb, amma evlər tikilir, təmir edilir. Bu sevindiricidir. Orada evdə yanan hər bir işıq itirdiklərimizin ruhunu şad edəcək. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların sırasında həmin vətən həsrətli ata-babaların oğul-uşaqları, nəvələri də vardı. İtkilərimiz çox böyükdür, 3 mindən çox oğul şəhid vermişik. Bu bilirsizmi, nə deməkdir? İndən sonra doğulmayacaq ən azı 3 min uşaq deməkdir. Elə etmək lazımdır ki, artıq xeyli yaşlaşmış adamlar gedib öz vətənlərində ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşasınlar. Nəsillərini başlarına toplaya bilsinlər, o kökü yenidən torpaqlarımıza salsınlar. Bunu Füzulidə, Laçında edirlər, əladır.

esas foto.jpg (158 KB) 

Şəhid qardaşlarımızın bir çoxu heç Şuşanın istiqamətini də bilmirdi, amma qəhrəmanlıq göstərib o torpaqları geri aldılar. Kök isə fərqlidir, orada kökü olanlar bunu davam etdirməsə, bu proses ləngiyəcək. Qarabağda bundan sonra ermənilər olmayacaq, biz artmalıyıq, çoxalmalıyıq, kök salmalıyıq.

Erməni faşizmi işğal zonasını boz səhraya çevirib. “Kim torpaqlara qayıdacaq” kimi mənasız sorğuların yerinə, işçi qüvvəsini artırmaq lazımdır. Hələ işğal vaxtı özümüzə təskinlik verirdik ki, bəs, dünya tökülüb bizə azad olunmuş ərazilərin bərpasında, tikilməsində kömək edəcək, filan... İndi baxırıq ki, üç-dörd dost ölkədən başqa, bu işə görə qolunu çırmalayan yoxdur. Zəngəzur yolu da, Naxçıvan yolu da Azərbaycan üçün həyati əhəmiyyətlidir, amma ən vacibi həm insanların torpaqlarına qaytarılması prosesini tezləşdirməkdir.

şuşa 31306.png (483 KB)

Bir çox keçmiş məcburi köçkünlər heç bilmirlər ki, onlara bir vaxtlar yaşadıqları şəhərdə, kənddə ev verəcəklərimi, dağılmış dədə-baba evlərinin taleyi necə olacaq və sairə...Bu cür suallar insanları torpaqdan soyudur. Halbuki o torpaqlar şəhid qanlı ilə alınıb. Bizim başqa cür düşünməyə haqqımız yoxdur. Qayıdacağıq, amma bu prosesi şəffaf, insanlara bilgi verərək və tezləşdirməklə etmək lazımdır.

Nazim SABİROĞLU,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR