Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan bir Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb.
Musavat.com rəsmi yayılan məlumata əsasən bildirir ki, həmin şəxs Kaluj vilayətində FSB əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı tutulub.
“RİA Novosti” tərəfindən yayımlanan rəsmi kadrlarda saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı çoxsaylı mobil telefonlar, xarici pasportlar, yaddaş kartları, SIM-lər və bir neçə texniki qurğu aşkar edilib. Kadrlarda, həmçinin “Samsung Galaxy” model smartfonlardan biri işə salındığı andakı görüntü də əks olunur. Əşyaların sayı və müxtəlifliyi, saxlanılan şəxsin uzun müddət planlı fəaliyyət göstərdiyini göstərir.
FSB-nin rəsmi açıqlamasında bildirilir ki, saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarının tapşırıqları ilə Rusiya ərazisində kəşfiyyat məlumatları toplayıb, o cümlədən qoşunların yerdəyişməsi, hərbi obyektlər və strateji infrastruktura dair informasiyaları Ukraynaya ötürüb.
Hazırda həmin şəxs barəsində cinayət işi açılıb və istintaq davam edir. Əldə olunan maddi sübutlar – mobil cihazlar, yazışmalar və digər texniki dəlillər ekspertiza üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ