İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada hökumət çökdü, Makron rəzil oldu: Baş nazir vəzifədən kənarlaşdırıldı

Musavat.com xəbər verir ki, Fransada baş nazir Mişel Barnier rəhbərlik etdiyi hökumət etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Solçu və ultra-sağçı partiyaların ittifaqı hökumətin süqutuna səbəb olub. Bu qərar Fransada siyasi vəziyyəti daha da gərginləşdirib və hökumət böhranını dərinləşdirib.

Etimadsızlıq səsverməsi 2025-ci ilin dövlət büdcəsi ilə bağlı yaranan fikir ayrılıqlarının pik nöqtəsi kimi qiymətləndirilir. Müxalifət partiyaları, hökumətin iqtisadi siyasətini uğursuz adlandıraraq, Makron administrasiyasını xalqın sosial maraqlarını nəzərə almamaqda ittiham ediblər. 

Screenshot_3.png (983 KB)

Hökumətin süqutu ilə yanaşı, solçu lider Jan-Lük Melanşon prezident Emmanuel Makronu da istefa verməyə çağırıb. O, hökumətin etimadsızlıq səsverməsi ilə yıxılmasını yalnız başlanğıc adlandıraraq, ölkədə tam hakimiyyət dəyişikliyi tələb edib. 

Eyni zamanda, Fransada keçirilən rəy sorğuları cəmiyyətdəki narazılığın geniş olduğunu göstərir. Fransızların böyük əksəriyyəti hökumətin iqtisadi siyasətini tənqid edir və siyasi dəyişikliklərin qaçılmaz olduğunu düşünür. 

c9195027-999b-4dc4-b836-25bee14757a5.jpg (64 KB)

Prezident Emmanuel Makronun qarşısında iki əsas seçim dayanır: yeni hökumət formalaşdırmaq və ya erkən parlament seçkiləri keçirmək. Hazırkı gərgin siyasi mühitdə bu qərarların hansı istiqamətdə gedəcəyi diqqətlə izlənilir. 

Musavat.com xəbər verir ki, hazırda Paris küçələrində xalq etirazları baş verir.

Hadisələrin gedişatını izləməyə davam edirik. Təfərrüatlar üçün bizi izləyin.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR