İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa XİN-dən qəribə başsağlığı

“Dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin qəzaya uğraması xəbəri Fransanı dərindən kədərləndirib”.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in öz saytında yaydığı başsağlığı xəbərində bildirilib.

“Fransa həlak olanların ailələrinə, eləcə də ölkələrinə dərin hüznlə başsağlığı verir və təyyarə qəzasında sağ qalanların tezliklə sağalmasını arzulayır”, – deyə mətndə vurğulanır.

Parisin başsağlığı ilk baxışdan adi görünsə də, mətnin XİN saytının Qazaxıstan bölməsində yerləşdirilməsi diqqət çəkir. Görünür, Fransa rəhbərliyi bir çox dünya ölkələri və onların liderləri kimi başsağlığı mesajını birbaşa Azərbaycan hökuməti və xalqına ünvanlamağı özlərinə yaraşdırmayıblar. Yelisey sarayının humanizm prinsiplərinə öz siyasi ambisiyalarını qarışdırması isə sadəcə təəssüf doğurur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR