İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkəti İŞİD-i maliyyələşdirdiyini ETİRAF ETDİ: Cərimə ödəyəcək

ABŞ-dakı məhkəmə prosesində fransız sement istehsalçısı “Lafarge”nin İŞİD terror təşkilatına yardım göstərdiyini etiraf edib.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransa şirkəti Nyu-Yorkun Bruklin şəhər federal məhkəməsində iddiaçı tərəflə razılığa gəlib.

Cinayətini etiraf edən “Lafarge” 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb.

Şirkətdən verilən yazılı açıqlamada, “Lafarge” və onun törəmə şirkəti Suriyada terrorçuların törətdikləri bir sıra əməllərə görə məsuliyyəti öz üzərinə götürüb. Sement istehsalçısı baş verənlərdən çox təəssüfləndiyini bəyan edib. (oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR