Onlayn ictimai-siyasi qəzet
Fransa hökuməti 2026-cı ilədək büdcə kəsirini 4,6%-ə endirmək məqsədilə 40 milyard avro qənaət etməyi planlaşdırır.
Bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombard BFMTV telekanalının efirində deyib.
Erik Lombardın açıqlamasına görə, 2026-cı ildə büdcə kəsirinin ÜDM-in 4,6%-nə endirilməsi üçün əlavə 40 milyard avro qənaət tələb olunur. Bu addım, ölkənin büdcə kəsirini Avropa İttifaqının müəyyən etdiyi 3% həddinə qədər azaltmaq strategiyasının bir hissəsidir.
Qənaətin əsas hissəsi dövlət xərclərinin azaldılması ilə əldə ediləcək. Planlara görə, sosial təminat fondlarının xərcləri 14 milyard avro, yerli büdcələrin xərcləri isə 5 milyard avro azaldılacaq.
Hökumət, illik gəliri 250 min avrodan çox olan təxminən 65 min vətəndaş üçün minimum 20% vergi tətbiq etməyi planlaşdırır. Bu tədbir, dövlət büdcəsinə əlavə 2 milyard avro gəlir gətirəcək.
Sosial xərclərin azaldılmasına baxmayaraq, müdafiə sahəsində xərclərin artırılması planlaşdırılır. 2025-ci ildə müdafiə xərcləri 3,3 milyard avro artırılaraq ÜDM-in 2%-nə çatdırılacaq.
Fransa hökumətinin bu tədbirləri, ölkənin maliyyə sabitliyini təmin etmək və Avropa İttifaqının büdcə qaydalarına uyğunlaşmaq məqsədi daşıyır. Lakin bu tədbirlər, sosial sahədə müəyyən çətinliklərə səbəb ola bilər.//APA
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ