İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyadan mühüm TÜRKİYƏ AÇIQLAMASI - Danışıqlar dayandırılır

İsveçdə Quranın yandırılması təxribatından sonra Finlandiyadan yeni açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük prosesindən danışıb.

Haavisto danışıqların müvəqqəti dayandırılmalı olduğunu bildirib.

"Finlandiya və İsveçin NATO hədəfləri ilə bağlı Türkiyə ilə danışıqlar dayandırılmalıdır. Vəziyyət sakitləşdikdən sonra Türkiyə ilə üçtərəfli danışıqlara davam etmək ən yaxşı variantdır” - finlandiyalı nazir deyib.

O bildirib ki, İsveç olmadan Finlandiyanın NATO prosesində irəliləyişini müzakirə etməyə ehtiyac görmür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR