İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya müdafiə xərclərini azı 2 milyard avro artıracaq

Finlandiya hökuməti müdafiə xərclərini azı 2 milyard avro artırmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, Finlandiyanın ayırdığı 1,74 milyard avroluq vəsait hərbi materialların və silahların əldə edilməsinə yönəldiləcək. Eyni zamanda, sərhəd qoşunları üçün kəşfiyyat təyyarələrinə 163 milyon avro xərcləmək planlaşdırılır.

Finlandiyanın müdafiə xərclərinə müdafiə qabiliyyətinin artırılması məqsədilə hərbçilərin təlimi, eləcə də köhnəlmiş “F/A 18 Hornet” döyüş təyyarələrinin əvəzlənməsi üçün beşinci nəsil “Lockheed Martin F-35” markalı 64 çoxhədəfli qırıcıdan ibarət olan parkın alınması daxil ediləcək.

Qeyd edək ki, bundan əvvəl Danimarka və İsveç də daxil olmaqla, Avropanın bir neçə ölkəsi təhlükəsizliklə bağlı yaranan çağırışlar səbəbindən müdafiə xərclərinin artırılması planlarını elan ediblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR