İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan universitetlərlə bağlı MÜHÜM MÖVQE

Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti ilə bağlı proseslərin sürətləndirilməsini zəruri sayıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, Qarabağ və Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı konkret hədəflər bəlli olmalıdır.

Deputat əlavə edib ki, bu universitetlərin hansı əsaslarda yaradılması məsələsi hələlik tam aydınlaşmayıb:

“Eyni zamanda bu universitetlərin Bakıda yaradılması nəzərdə tutulur. Yaxşı olardı ki, bu universitetlər bölgədə yaradılsın. Bakıdan Qazaxa qədər olan məsafədə ali təhsil ocağının formalaşması, burada tekniki təmayüllü ixtisasların yaradılması qarşıdakı dövr üçün hədəflərin aydınlaşmasına xidmət etmiş olar”.

Deputat Qarabağ Universitetinin də ənənəvi qaydada yaradılmasının doğru olmadığı deyib. Millət vəkilinin sözlərinə görə, burada fərqli bir model əsasında ali təhsil ocağının yaranması doğru olardı.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR