İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan hərbçilərlə bağlı ÖNƏMLİ ÇAĞIRIŞ

Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, deputat Fazil Mustafa çıxışında 15 iyunda törədilmiş erməni təxribatından bəhs edib.

O, qeyd edib ki, bu gün Azərbaycanın sərhəd bölgələrindən Ermənistan işğalçı dəstələri və onu dəstəkləyən Avropanın, İranın addımları nəticəsində ölkəmizə qarşı təxribatlar törədilir: “Bu məlumatlar biz tərəfdən həyəcanla izlənilir. Amma orda olan hərbçilərimizin taleyini həm də burda düşünməliyik”.

F.Mustafa Youtube kanallarında və digər platformalarında hərbçilərimizin pensiya təminatı ilə bağlı narazılıqların yayıldığını qeyd edib: "2006-cı ilədək hərbi xidmət keçmiş hərbçilərimizin pensiya kapitalının yığılmaması səbəbindən pensiya təminatında problemlər yaranıb. Bu gün birinci zərbəni kim alır? Hərbi qulluqçularımız. Onların hansısa şikayəti olmamalıdır. Bunların konkret şikayətləri əsasında dərhal addımlar atılmalıdır”.

F.Mustafa deyib ki, maliyyə naziri Samir Şərifov hərbçilərin problemlərinə operativ reaksiya verir, onların həlli istiqamətində addımlar atır, amma bu, bütün məmurlara xas xüsusiyyət deyil: “Hərbçi bizimçün ən öndə gələn təbəqədir, bu təbəqəni incitmək olmaz. Odur ki, bu məsələlər həllini tapmalıdır”.

E.Paşasoy,
Musavat.com

    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR