İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa "Komedixana"dan YAZDI: "Gülməkləri..."

""Komedixana"nı izləyirəm. Kiçik istisnalar xaric çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən. Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial media hesabında yazıb.

Deputat qeyd edib ki, aktyor və rejissor məktəblərinin tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir:

"Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar, daha çeşidli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb. Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR