Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin may ayı bəzi bürclər üçün tam mənası ilə dönüş nöqtəsi olacaq.
Musavat.com xəbər verir ki, Ulduzların və planetlərin harmonik düzülüşü bu bürclərə sevgi, bolluq və yeni imkanlar gətirir. Xüsusilə Venera və Yupiterin əlverişli mövqeləri may ayını bəzi insanlar üçün uğur və xoşbəxtliklə zəngin bir vaxta çevirəcək. Astroloqlar bildirirlər ki, bu dövrdə başlanılan işlər uzunmüddətli nəticələr verə, yeni münasibətlər isə həyatın axarını dəyişə bilər.
Bəs may ayında ən çox gülümsəyəcək bürclər hansılardır? Musavat.com həmin bürcləri təqdim edir:
May ayı Buğaların doğum ayı olduğu üçün Günəş onların bürcündə parlayır. Enerji, özünə inam və cazibə gücləri artır. Karyera sahəsində uğurlar, yeni gəlir mənbələri və romantik münasibətlərdə gözəl addımlar gözlənilir. Maddi və mənəvi baxımdan özlərini güclü hiss edəcəklər.
Ayın ikinci yarısından etibarən Əkizlərin enerjisi yüksəlir. Ünsiyyət, səyahət və yeni tanışlıqlar bu bürc üçün çox ön plana çıxır. Onlara maraqlı fürsətlər, gözlənilməz sürprizlər və xoş xəbərlər vəd olunur. Ətraflarındakı insanlar onların pozitivliyindən ilham alacaq.
Şirlər üçün may ayı yaradıcılıq və motivasiya ilə doludur. Özlərini ifadə etmək, diqqət çəkmək və uğur qazanmaq üçün mükəmməl zamandır. Həm sevgi, həm də karyera baxımından uğurlu addımlar atacaqlar. Onlara təkcə şans yox, həm də ilham gəlir.
Oxatanlar üçün may ayı romantik yüksəliş dövrüdür. Yeni münasibətə başlamaq və ya mövcud münasibətdə bir addım irəli getmək mümkündür. Ulduzlar onların arzularını reallaşdırmaq üçün sanki əl-ələ verib. Daxili rahatlıq və azadlıq hissi ilə hərəkət edəcəklər.
Balıqların intuisiyası və yaradıcılığı may ayında zirvəyə çatacaq. Xəyalları gerçəyə çevirmək üçün mükəmməl zamandır. Sevgidə dərin bağlar, ailə içində gözəl anlar və ruhi rahatlıq onları gözləyir. Maddi olaraq da kiçik sürprizlər mümkündür.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ